İqtisadçı-ekspert: “Ət kəsimi yerlərinin bağlanması bahalaşma yaradacaq”

19.05.2018 13:00     Sosreaksiya     1388

Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə ət kəsimi yerlərinin ləğv olunacağını, Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə kəsim məntəqələrinin yaradılacağını bildirmişdi. 

Bəs, görəsən məhəllə daxili ət kəsimi yerlərinin ləğv olunması hansı problemlərə səbəb ola bilər? 

İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Cebhe.info-ya verdiyi açıqlama qeyd etdi ki, Qida Təhlükəsizliyi Agentliyi bu addımının səbəbini gigiyenik olmayan yerlərdə xəstəliklərin yayılmasının qarşısını almaq olması ilə izah edib. Amma Azərbaycanda niyyətlə əməl üst-üstə düşmür heç vaxt.  Ekspert hesab edir ki, məhəllədaxili ət kəsimi yerlərinin ləğv olunması qiymət artımına gətirib çıxaracaq: 

“Məsələn insanlar öyrəşmişdilər ki, hər hansı məhəllələrdə qəssab var və gedib ondan ət alırdılar. Həm ətin keyfiyyətinə güvənirdilər, həm də qiyməti qane edirdi. İndi kütləvi şəkildə həmin yerlər bağlansa, həm qiymətin artmasına səbəb olacaq, həm də alıcılıq qabiliyyəti aşağı düşəcək”. 

Natiq Cəfərli məsələnin bu formada həllinin tərəfdarı olmadığını deyir. Onun fikrincə, agentlik bu məsələnin həlli üçün sahibkarlara vaxt vermli idi: 

“Mən anlayıram Qida Təhlükəsizliyi Agentliyinin gigiyena, təmizliklə bağlı qayğıları ola bilər. Amma məsələni bu formada bir başa kökündən həll etmık doğru deyil. Yəni, gigiyenik qaydaların qorunması üçün iş adamlarına, həmin kəsim yerlərinə vaxt verilə bilərdi, müəyyən gigiyenik qaydalaraına riayət olunması qaydaları təsdiqlənə bilərdi. Onlara bəzən kömək də oluna bilərdi. Agentlik qadağan edici, cəza verici orqan olmamalıdır, həm də şəfqət göstərən, dəstək verən orqan olmalıdır. Kömək etmək lazım idi. Onlar 1, 2 ay ərzində kəsim yerlərini normal, sanitar qaydalara gətirsin və sonradan fəaliyyətini davam etdirsinlər”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar