Radio və Televiziya Ali Şurası (RTÜK) “Gələcəklə Əlaqə” seminarında Azərbaycanlı tələbələr çıxış etdi. - FOTOLAR
21.05.2018 12:27 Sosreaksiya 2153
Reaksiya.az xəbər verir ki, Radio və Televiziya Ali Şurası (RTÜK) tərəfindən hər il təşkil edilməkdə olan Gələcəklə Əlaqə Seminarlarının onuncusu bu il Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərlərində reallaşdırıldı.
"Mədəni dəyərlərimizin təqdimatında Medianın Rolu: Özbəkistan Örnəyi" mövzusunda baş tutan seminarda 15 fərqli ölkədən 30 tələbə iştirak etmiş və Özbəkistan ilə əlaqədar 30 məruzə təqdim edilmişdir. Bundan əlavə Manas Universiteti Jurnalistika Fakültəsindən də 5 tələbə tamaşaçı olaraq dəvət edilmişdir.
RTÜK Başçısı Prof. Dr. İlhan Yerlikaya və Gələcəklə Əlaqə Layihəsinin rəhbəri Radio-Televiziya Şurası Üst Məclisin üzvü Arif Fırtına ilə yanaşı Ali şuranın üzvləri dos. Həmid Ersoy, İlhan Taşçı, İsmət Demirdöğen, Nurullah Öztürk və Taha Yücel də iştirak etmişlər və iclaslarda çıxışlar etmişlər.
Seminarda Türkiyənin Daşkənd səfiri Əhməd Başar Şen, TİKA Daşkənd kordinatoru Dr. Ali İhsan Çağlar başda olmaqla çox sayda təşkilat və şirkət nümayəndəsi, həmçinin Özbəkistan Cihan Dilləri Universiteti və Özbəkistan Beynəlxalq Mətbuat Klubu nümayəndələri də iştirak etmişlər.
Türkiyədən Prof. Dr. Naci İspir, Prof. Dr. Cemal Ağırman, Prof. Dr. Mete Camdeli və Dos. Yaşar Zorlu ilə Qırğızıstanın Manas Universitetindən Prof. Dr. Həmzə Çakır iştirak etmişlər və iclas moderatorluq etmişlər.
Seminarda Azərbaycanda 4 tələbə iştirak etmişdir.
Kamal Səlimov "Özbəkistanın Ziyarət (din) turizm potensialının təqdimatında Medianın Rolu", Nicat Pirizadə "İki Xəmsə Ustadı: Əlişir Nəvai və Nizami Gəncəvinin müqayisəsi", Türkan Abdullayeva "Türküstanın İncisi Özbəkistanda Muzeylər", Tehran Əbdurrahimov "Özbək Elm İnsanlarının Beynəlxalq Elmin inkişafındakı rolu" adlı məruzələr təqdim etmişlər.
Çalıştay sonunda Türk Respublikaları və Türklərin qohum icmalarından gəlib Türkiyədə təhsil alan iştirakçılar onlara bu akademik mühiti və ata vətən Özbəkistanı tanıma fürsəti verən Radio-Televiziya Şurası Başçısı Prof İlhan Yerlikaya və Radio-Televiziya Şurası Ali Şurasının üzvləri başda olmaqla Türkiyənin Daşkənd Səfirliyinə, TİKA Daşkənd Koordinatorluğuna, Mətbuat Nəşr İnformasiya Ümumi Müdirliyinə, Türk Dünyası Bələdiyyələr Birliyinə, TRT Daşkənd nümayəndəliyində, Anadolu Agentliyinə və Özbəkistanın Ankara Səfirliyinə təşəkkür etdilər.
Məlum olduğu kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Aprel 1 May tarixlərində Özbəkistan prezidenti Şövkət Mirzəyevin dəvəti ilə Özbəkistana rəsmi səfər etmişdir. Bu səfərdə iki ölkə arasında əlaqələrin inkişafı üçün 25 saziş imzalanmışdır. Radio-Televiziya Şurası 10. Gələcəklə Əlaqə Seminarının bu səfərin arxasından reallaşdırılan geniş əhatəli bir ziyarət olması da diqqət çəkmişdir.
Seminar üçün hazırlanan qısa filmlər:
https://www.youtube.com/watch?v=3785aoxT7ps
https://www.youtube.com/watch?v=pHiaK8BYYQc&sns=fb
https://www.youtube.com/watch?v=baleMhCBTA4&feature=youtu.be
https://www.youtube.com/watch?v=Tux2VkM5psA&feature=youtu.be
https://www.youtube.com/watch?v=pbZXqteY04Y&feature=youtu.be
https://www.youtube.com/watch?v=Gs01HSKOAiw&feature=youtu.be
https://www.youtube.com/watch?v=FOQwhnocCF0&feature=youtu.be
https://www.youtube.com/watch?v=Vcl-qMmFPQg&feature=youtu.be
https://www.youtube.com/watch?v=bbY3ytukwtA&feature=youtu.be
https://www.youtube.com/watch?v=o7gW27gAbRY&feature=youtu.be
https://www.youtube.com/watch?v=mvycGdngPs0&feature=share
https://www.youtube.com/watch?v=feTpH6EoGOM&feature=youtu.be
https://www.youtube.com/watch?v=pFn4df14T7U&feature=youtu.be
https://www.youtube.com/watch?v=WPd8M_Amys0&feature=youtu.be
https://www.youtube.com/watch?v=dQ8rJLFtlAE
https://www.youtube.com/watch?v=bbY3ytukwtA&feature=youtu.be
Şərhlər