Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının planlaşdırma konfransında iştirak edir
21.05.2018 16:46 Sosreaksiya 1128
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının Moskvada keçirilən 3-cü planlaşdırma konfransında iştirak edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının iyulun 29-dan avqustun 11-dək yeddi ölkənin - Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Çin, İran və Ermənistan ərazisində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Moskvada keçirilən 3-cü planlaşdırma konfransı mayın 25-də bitəcək.
Şərhlər