4 ardıcıl qeyri-iş günü olacaq - Azərbaycanda

08.08.2015 03:32     Sosreaksiya     1617

2015-ci il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. 

Reaksiya.az Nazirlər Kabinetinə (NK) istinadən xəbər verir ki,  NK-nın "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i qeyri-iş günüdür. 

Növbəti iki gün - 26-27 sentyabr şənbə və bazara təsadüf edir. 

Beləliklə, sentyabrda 4 gün qeyri-iş günü olacaq.

Şərhlər

Çox oxunanlar