DİN-dən açıqlama: Həbsdəki sabiq icra başçısı vəfat edib?
25.05.2018 12:29 Sosreaksiya 1306
Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Reaksiya.az-ın məlumatına görə, DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”un sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: "Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin vəkili məlumat yayacaq”.
Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.
Şərhlər