Müharibədən zərər çəkmiş uşaqlar haqqında film çəkilir

17.05.2018 20:53     Sosreaksiya     923

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi"  adlı layihəni icra edir. Məlumat üçün deyək ki, layihə üç ay müddətinə icra olunacaq.

Layihədə 1988-2017-ci illərdə erməni təcavüzü nəticəsində  qətlə yetirilən, girovluq həyatı yaşayan, şikəst olan, valideynləri şəhid olan, müxtəlif xəstəliklərə düçar olan, orqanları alınaraq öldürülən, çadırlarda dünyaya gələn  uşaqlardan bəhs edilir. Filmin çəkilişi vasitəsi ilə ictimaiyyəti, xüsusi ilə gələcəkdə xarici auditoriyanı Ermənistanın Azərbaycana  qarşı apardığı müharibədə günahsız uşaqların məhv edilməsinə, valideynlərini itirməklə uşaqlıqlarının əllərindən alınmasına  diqqətləri çəkməkdir.

 Layihənin rəhbəri və ssenari müəllifi İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, quruluşçu rejissor Elnur Əliyevdir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar