Misirdə YouTube bloklanıb
27.05.2018 12:42 Sosreaksiya 1376
Misirin Ali İnzibati Məhkəməsi YouTube videoservisinin ölkə ərazisində 1 aylıq bloklanması barədə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib.
Bu barədə “Al-Ahram” məlumat yayıb.
Məlumata görə, ərizəni məhkəməyə vəkil Məhəmməd Salem təqdim edib. O, videoservisin Məhəmməd Peyğəmbərin həyatını təhqiramiz formada təqdim edən filmin kadrlarının YouTube videoservisindən silinməyincə, videoservisin ölkə ərazisində bloklanmasını tələb edib.
Şərhlər