DQ-nin Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında tədbir keçirilib

29.05.2018 11:44     Sosreaksiya     1244

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Reaksiya.az xəbər verir ki, tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın taleyində oynadığı roldan danışılıb. Vurğulanıb ki, 23 ay yaşamasına baxmayaraq Xalq Cümhuriyyətinin dövründə ilk milli ordumuzun da yaradılmasına nail olunub.


Tədbir zamanı Naxçıvan Muxtar Respublikasının Daxili işlər Naziri general-mayor Fazil Ələkbərovun təbrik məktubu şəxsi heyətə çatdırılıb.

O da vurğulanıb ki, dövlət müstəqilliyini və suverinliyini əldə etmək kifayət deyil, həm də onu qorumaq lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət və qazanılan uğurlar müstəqilliyimizi daha da möhkəmləndirir.

Sonda Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən sənədli filmə baxıblar.

 

Şərhlər

Çox oxunanlar