Gömrükdə külli miqdarda zinət əşyaları müsadirə olunub

29.05.2018 11:47     Sosreaksiya     1335

Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz Actros” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb. 

Gömrük Komitəsindən Reaksiya.az-a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, səkkiz ədəd üzük, 34 ədəd sancaq, iki ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar