Məhkəmə Akif Çovdarova “yox” dedi
29.05.2018 11:51 Sosreaksiya 1286
Bu gün Bakı Apellyasiya Məhkəməsinsə həbsdə olan MTN generalı Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun icraatında olan prosesdə elan edilən qərara əsasən, MTN-çilərin şikayətləri təmin edilməyib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər