Bu gündən metro kartları dəyişir

08.08.2015 10:07     Sosreaksiya     2273

Köhnə kartın qiyməti olan 2 manat gediş haqqı kimi balansa yüklənir.

Bu gündən Bakıda ictimai nəqliyyat - metro və abtobuslar vahid ödəniş kartının tədbiqinə başlayır. Metro stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə ediləcək.

"Reaksiya.az" xəbər verir ki, artıq bu gündən Bakı Metropolitenində "BakıKart"ın ilk istifadəsi üçün addım atılıb. Belə ki, artıq stansiyalarda terminalların yanında dayanan dispetçerlər köhnə kartlara gediş haqqı yükləmək istəyənlərə xəbərdarlıq edirlər. 

"MetroKart"lar terminallara qoyulmaqla və heç bir ödəniş edilmir. Kartın girov qiyməti olan 2 manat avtomatik olaraq balansa yüklənir. Bu məbləğdən istifadə başa çatdıqda isə kartdan istifadə dayanır. Sərnişinlər yenidən ödəniş etməklə "Bakı Kart" almalıdırlar. 
Avqustun 15-dən isə köhnə metro kartlarının alışı və onlara balans yüklənməsi ümumiyyətlə dayandırılacaq. Ümumilikdə bu kartların istifadəsi isə sentyabrın 30-dək yekunlaşdırılacaq.

Şərhlər