Emosional baxımdan güclü insanlara xas 8 əlamət
29.05.2018 13:58 Sosreaksiya 1251
Məlum olduğu kimi, hər insan fərqlidir. Biz hamımız müxtəlif intellekt səviyyəsi və bacarıqlarla doğulsaq da, emosional əsasımız anadangəlmə hamımızda eynidir.
Lakin necə böyüdüyümüz necə olacağımıza birbaşa təsirini göstərir. Emosional güc sizə həyat adlandırılan bu səyahəti daha rahat şəkildə başa vurmağa kömək edir. Emosional qüvvə ağrı çəkmədən həyatı dolğun yaşamaq üçün bizim biletimizdir.
Sakitlik
Emosional baxımdan güclü insanlar heç vaxt heç kimlə, hətta özləri ilə mübarizə aparmayacaqlar. Onlar mənəvi sakitliyə malikdir ki, bu da onların gücüdür.
Cəsarət
Onlar ağrını hiss etməkdən qorxmurlar. Emosional baxımdan güclü insanlar ağrıya dözməyə hazırdır, çünki onlar bilirlər ki, bu, şəfanın bir hissəsidir. Emosiyalarını inkar etmirlər, çünki əmindirlər ki, onlarda hər şey nəzarət altındadır.
Səhvlərdən qorxmurlar
Planları həyata keçməyəndə ümidsizliyə qapılmır, həmçinin səhvlərdən də qorxmurlar, çünki onları başqalarının nə düşündükləri heç vaxt maraqlandırmır.
Fokus
Hər dəfə çıxılmaz vəziyyətə düşəndə, problemin necə baş verdiyi üzərində baş sındırmırlar. Onlar bunun əvəzinə bu problemi aradan qaldırmağın üsullarını fikirləşir.
Hörmət qazanır, diqqət yox!
İnsanların diqqətinə və razılığına ehtiyacları yoxdur, çünki onlar özlərinə inanır və öz qiymətini bilir. Güclü insanlar əminliklə qərarlar qəbul edirlər və yalnız hörmət qazanırlar.
İnsanları qəbul etmək
Güclü insanlar başqalarını olduğu kimi qəbul edirlər. Onlar hesab edirlər ki, hər bir insan unikaldır və onun öz duyumu var.
Özünü qəbul etmək
Emosional baxımdan güclü insanlar öz həyatına görə məsuliyyəti öz üzərinə götürür və öz səhvlərinə görə heç kimi günahlandırmırlar. Onlar hər səhvi həyat dərsi kimi nəzərdən keçirirlər.
Tənqidə müsbət münasibət
Onlar istənilən tənqidə müsbət nəzərlərlə baxırlar. Hər dəfə uğursuzluğa düçar olanda sınmır və imkan vermirlər ki, uğursuzluq qarşıya qoyulan məqsədi yerinə yetirməyə mane olsun.
Emosional baxımdan sizi gücləndirən bu xüsusiyyətləri inkişaf etdirmək, asan deyil. Bunun üçün kamillik, nizam-intizam, insan təbiəti və mahiyyəti haqqında daha dərin anlayış tələb olunur.
Şərhlər