Qarabağda bir erməni hərbçi ölüb, biri yaralanıb

31.05.2018 12:00     Sosreaksiya     1307

İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrində xidmət edən iki hərbçi avtomobil qəzasına düşüb. 

"Ford" markalı avtomobillə törədilən avtoqəza yerinə fövqəladə halar nazirliyi və polis şöbəsinin əməkdaşları, həmçinin təcili yardım maşını da çağırılıb. 


Həkim Q. Oqanyanın verdiyi məlumata əsasən maşının altında qalaraq ölən şəxs maşının sürücüsü, 1992-ci il təvəllüdlü, müqaviləli xidmət keçən hərbi qulluqüçu Suren Ayvazyandır. Həkimin dediyinə görə ölən S. Ayvazyan və ağır yarlanan, ikinci şəxs də Haterk yaşayış məntəqsində yerləşdirilən taborda xidmət edən hərbi qulluqüçular olduğundan hadisə ilə bağlı hərbi hissəyə və hərbi polisə məlumat verilib. 

Maşının altında qalaraq həlak olan hərbçinin cəsədi morqa göndərilib, ağır yaralanan 1986-cı il təvəllüdlü ikinci hərbi qulluqçu isə ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. 

Hadisə ictimaiyyətdən gizlədilsə də, faktla bağlı cinayət işi açılıb istintaq aparıılır. 

Məlumatda həmçinin hər iki hərbçinin Nor Ayqestan yaşayış məntəsindən olduğu bildirilir.(ordu)
 

 

Şərhlər