Rövşən Lənkəranskinin tərəfdarı "Ağ Ev"də həbs edildi
02.06.2018 12:08 Sosreaksiya 1190
Azərbaycanlı "qanuni oğru", 36 yaşlı Hacıbaba Talıbxanlı saxlanılıb və onun bu ölkəyə niyə gəldiyi müəyyənləşdirilir
Rusiyanın paytaxtında azərbaycanlı "qanuni oğru", 36 yaşlı Hacıbaba Talıbxanlı saxlanılıb. O, kriminal aləmdə Hacı Beyləqanski ləqəbi ilə məşhurdur. Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Ağ Ev" restoranında saxlanılan kriminal avtoritet ağır cinayət törətməkdə şübhəli bilinir. Məlumdur ki, Hacı Beyləqanski Türkiyədə yaşayır. Sadəcə, bir aya yaxındır Moskvadadır. Hazırda onun Rusiyaya getməkdə məqsədinin nə olduğu ayırd edilir.
Məlum olduğu kimi, Hacı Beyləqanski 2016-cı ilin 18 avqustunda İstanbulda qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) yaxın tərəfdarı sayılır. Lənkəranskinin qətlindən sonra Beyləqanski onun klanına sadiq qalıb. Onu dəfələrlə Lənkəranskinin qardaşı Namiq Canıyevlə bir yerdə görüblər. Namiq Canıyev Beyləqanskiyə zirehli “Mercedes” bağışlayıb. Həmin maşın Rövşən Lənkəranskiyə məxsus olub.
Şərhlər