Perunun “Radio Filarmonia” kanalında Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə musiqi proqramı yayımlanıb
04.06.2018 11:29 Sosreaksiya 705
Perunun “Radio Filarmonia” kanalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş musiqi proqramı yayımlanıb.
Proqramın əvvəlində Azərbaycan Respublikasının himni səsləndirilib.
Sonra Azərbaycanın Perudakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Mehdi Məmmədov dinləyicilərə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib, bunun Azərbaycan tarixində əhəmiyyətli hadisə olduğunu bildirib. Həmçinin demokratik dövlətin formalaşması və inkişafının mühüm mərhələləri, müasir Azərbaycanın nailiyyətləri və ölkədə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər haqqında məlumat verib.
M.Məmmədov, həmçinin Azərbaycanın musiqi mədəniyyəti səhifələrinə də ekskurs edib. Mayın 28-də bütün gün ərzində radioda Azərbaycanın klassik, müasir musiqiləri səsləndirilib, dinləyicilər ölkəmizin muğam və caz sənəti ilə tanış olublar.
Proqramda Azərbaycan və Latın Amerikası ansambllarının birgə kompozisiyaları da səsləndirilib.
Şərhlər