BMT-nin əməkdaşı öldürüldü

08.08.2015 11:40     Sosreaksiya     1198

BMT-nin beynəlxalq qrupunun nümayəndəsi Malidə oteldə öldürülüb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

BMT-nin nümayəndəsi otelə edilən silahlı hücum zamanı qətlə yetirilib.

Olayda ölənlərin və yaralananların sayı və hansı ölkəyə mənsubluğu haqda xəbər verilmir.

Əldə edilən informasiyaya görə silahlı şəxslər oteldə bir neçə nəfəri götürüb. Sonda isə onlardan 5-i azad edilib. 

Şərhlər

Çox oxunanlar