Rövşən Lənkəranskinin Ural qruplaşmasının məhkəməsi başlayır

04.06.2018 12:07     Sosreaksiya     739

Rusiyanın Nijni Taqil şəhərinin Taqilstroy rayon məhkəməsində 13 nəfərdən ibarət cinayətkar qrupun məhkəməsi başlayır. 

Musavat.com-un yerli KİV-ə istinadən məlumatına görə, Rövşən Lənkəranskinin Ural regionu üzrə qruplaşmasının üzvləri Rusiya Federasiyasının Cinayət Məcəlləsinin“Banditizm” “quldurluq”, “ölümlə hədələmə”, “qanunsuz silah gəzdirmə” və digər maddələriylə ittiham olunurlar.

Telman Vəliyevin başçılıq etdiyi qrupa həm azərbaycanlılar, həm də ruslar daxil olublar. Asim Abbasov, Nemət Abduləliyev, İsa Əbilov, İlkin Əbilov, Mixail Allahverənov, Maskal Vidak, Xıdır Hacıyev, Denis Qayev, Orxan Muradov, Emil İgidov, Roman Lenkov və Eduard Traskeldən ibarət qrup 2015-2017-ci illərdə dəstə üzvləri yerli iş adamlarına haqq qoyaraq onlardan mütəmadi və özü də külli miqdarda pul alırmışlar.

Hədə-qorxunu zamanı isə qanuni oğru Rövşən Lənkəranskinin adından istifadə edirmişlər. Artıq 17 zərərçəkən məhkəməyə ifadə vermək üçün dəvət edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar