Türkiyə ordusu İŞİD-ə qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacaq
08.08.2015 12:02 Sosreaksiya 1976

Ankara hərbi əməliyyat zamanı ölkə ərazisindəki hərbi bazalardan istifadə olunmasını təklif edib
“Yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin İŞİD-ə qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacağı gözlənilir”.
"Reaksiya.az" “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu İŞİD-ə qarşı koalisiyaya üzv olan ölkələrdən birinin adı açıqlanmayan nümayəndəsi deyib.
Ankaradakı nümayəndə bildirib ki, əvvəllər Türkiyənin təkbaşına İŞİD-in mövqelərinə hava zərbələri endirməsini istəməyiblər: “Hava əməliyyatları koalisiya qüvvələri ilə birlikdə aparılmalıdır”.
Türkiyənin İŞİD-ə qarşı həyata keçirdiyi hava əməliyyatlarının davam etdiriləcəyini vurğulayan nümayəndə qeyd edib ki, Türkiyə hərbi əməliyyatlar vaxtı ərazisindəki bir neçə hərbi bazanın istifadə olunmasını təklif edib.
Nümayəndə PKK-nı terror təşkilatı kimi tanıdıqlarını da bəyan edib.
Şərhlər