Moskvada qəribə işlər baş verir - Səkilər 1 milyard rubla dəyişdirilir

08.08.2015 12:03     Sosreaksiya     3925

Moskva meriyası böhran dövründə büdcəsinin çətinliyə düşdüyü bir dövrdə bu dəfə səkiləri dəyişdirmək üçün düyməyə basıb. Açılan ilk tenderi, "K-Holdinq" adında sektorda az bilinən bir şirkətin 1 milyard rublla udması Rusiya mediasının diqqətini çəkib.
Reaksiya.az saytı xəbər verir ki, Moskva meriyasından verilən açıqlamada Moskvadakı bütün bordur daşlarının üç il içində dəyişdiriləcəyi ifadə edilib.
Şəhər mərkəzində Sadovoye qovşağında bütün səkilərə qranit, bu səkilərdən kənarda qalan səkilərə isə beton üzlüklər yerləşdiriləcəyi açıqlanmışdı.
Mütəxəssislər Moskvadakı bütün səkilərin üzlüklərinin dəyişdirilməsinin xərclərini 7,6 milyard rubl kimi hesablayır.
"Yeni Moskva" yaşayış kompleksi üçün isə həmin rəqəmin 10 milyard rubl civarında olduğu qeyd olunub.

Şərhlər

Çox oxunanlar