Nazir: “”Son zəng”in təhsil müəssisəsinin ərazisində keçirilməsini tövsiyə edirik"

05.06.2018 12:20     Sosreaksiya     762

 “Son zəng”in keçirilməsi ilə bağlı bu il ötən illə müqayisədə hər hansı xüsusi yeniliklərin tətbiqi  nəzərdə tutulmur.

Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir “Son zəng”lə bağlı təhsil müəssisələrinə tövsiyə verib: “”Son zəng” tədbiri təhsil bayramıdır. Təhsil Nazirliyinin bütün təhsil müəssisələrinə olan tövsiyəsi ondan ibarətdir ki, bu təhsil bayramını təhsil müəssisəsinin ərazisində keçirsinlər. Düşünürük ki, bu təhsil bayramı hər il olduğu kimi bu il də yüksəl səviyyədə təşkil olunacaq”(apa)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar