Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun doğum günüdür.

05.06.2018 12:31     Sosreaksiya     841

Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun doğum günüdür.

Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonu Qaşqaçay kəndində anadan olub.

O, 1992-ci ildə Milli Ordunun sıralarında hərbi xidmətə başlayıb, hərbi vertalyotun bort atıcısı olub, dəfələrlə düşmənə qarşı hava döyüşlərində sücaət göstərib, sərrast atəşlə düşmənin onlarla canlı qüvvəsini məhv etmiş, çoxlu sayda hərbi obyektlərini dağıtmışdır.

O, 1992-ci il avqustun 6-da düşmənə qarşı 2 hərbi uçuşda iştirak etmiş, gərgin döyüşdə yaralanmış lakin komandirin təkidinə baxmayaraq yenidən səmaya qalxmış və bu son döyüşdə qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakının Suraxanı rayonundakı 146 saylı məktəb onun adını daşıyır, Qaraçuxur Qəsəbə parkında büstü qoyulub.

Reaksiya.az

Şərhlər