Xəzəryanı ölkələrinin liderlərin sammitinin yeri dəyişdirildi
05.06.2018 13:19 Sosreaksiya 791
Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti Aktauda keçiriləcək.
Bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev regionun rəhbəri Yeralı Tuqjanovla görüşü zamanı məlumat verib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan prezidenti sammitin keçirilməsinin təşkili üçün bütün lazımi işlərin görülməsi ilə bağlı tapşırıqlarını verib.
“Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılır. Qarşıdakı görüşün bütün təşkilati məsələlərini müzakirə etmək lazımdır”, - Nazarbayev deyib.
Qeyd edək ki, mayın 21-24-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair Xüsusi İşçi Qrupunun 51-ci iclası keçirilib.
Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan nümayəndə heyəti iştirak edib. Görüş Qazaxıstanda keçirilməsi planlaşdırılan 5-ci Xəzər sammitinə həsr olunub.
Şərhlər