Elxan Süleymanov kimdir - Mülkədar yoxsa millət vəkili?
07.06.2018 07:59 Sosreaksiya 3911
Reaksiya.az-a müraciət edən Ucar rayon sakini Purqafari Azər Ələsgər oğlunun millət vəkili Elxan Süleymanovla bağlı şikayət məktubunda bildirilir ki, Elxan Süleymanov öz biznesini gücləndirmək məqsədi ilə Göyçayda rayonunda 500 ailənin iş yeri olan 10 ədəd qum-çınqıl kariyerini bağlatdırmaqla insanların çörəyinə bais olmuşdur.
Məktubda qeyd edilir ki, Göyçay rayon ərazisində 10 yerdə qum-çınqıll karyerini millət vəkili Elxan Süleymanov bağlatdırıb. Bu isə 500 ailənin çörəksiz qalması və dövlətə ödənilən küllü miqdarda verginin qarşısını almaq deməkdir. Əslində həmin kariyerlər qanunu fəaliyyət göstərirdi. Ancaq Elxan Süleymanov özünə məxsus Qəbələ rayon ərazisində yerləşən kariyerin məhsullarının satışını sürətləndirmək üçün Göyçay rayonunda yerləşən 10 kariyerin fəaliyyətini dayandırmağı qarşısına məqsəd qoydu və nail oldu. Guya Elxan Süleymanov təbiətin qayğısına qalır gələcəkdə yaranacaq təhlükənin qarşısını almağa çalışır. Təbiətin qayğısına qalmaq imicini formalaşdıran Elxan Süleymanov elə əslində özü təbiətin düşməni hesab edilməlidir.
Çünki deputat Elxan Süleymanov Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Hətta həmin villaları elə inşa ediblər ki, Göyçay çayı həyatyanı sahəyə düşüb.
Bu isə dünyada analoqu olmayan bir özbaşınalıq, qanunsuzluqdur ki, bunu məhz adına millət vəkili deyilən Elxan Süleymanov edib. Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldırıb ki, nəticədədə bu gün Göyçay rayonunda körpünün uşması baş verib.
Belə yaramaz işlərə görə Göyçay körpüsü 03 may 2018-ci il tarixdə uşçumdur. Bunun səbəbinin birini isə başa Elxan Süleymanovun çayın ortasında inşa etdirdiyi villalarda axtarmaq lazımdır. Buna görə başlanılmış cinayət işinə Elxan Süleymanovun özü cəlb edilməlidir.
Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metir olmalıdır. Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının körpüsüdə əhatəyə alınmışdır. Hansı ki, bu gün selə görə körpü uçması nəticəsində alternativ kimi həmin körpüdən istifadə etmək olardı.
Bilmək olmur Elxan Süleymanov mülkədardı yoxsa millət vəkili? Adına millət vəkili deyilən bu korrupsioner, millətin düşməninin belə qanunsuz əməlləri araşdırılmalı deputat toxunulmamazlığı ləğv edilib barəsində qanunu tədbirlər görülməlidir. Elxan Süleymanov Şamaxı rayonundan deputat seçiləsə də Göyçay rayonunda doğulub, göyçaylıdır. Onun Göyçayda yerləşən obyektləri, villalar qanunsuz inşa edilib. Öz gözündə tiri görməyib özgə gözündə tük axtaran Elxan Süleymanovun Göyçay şəhərindəki böyük ticarət obyekti Göyçay İnternat məktəbinin həyətində qanunsuz olaraq inşa edilib.
Hər il dövlətə küllü miqdarda vergi ödəyən və 500 ailəni işlə təmin edən 10 qum-çınqıl kariyerinin bir nəfər yaramaz, işbaz "deputatın" göstərişi ilə bağlamaqla dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar vurmaqla süni bahalaşmaya nail olmuşdur. Belə ki, əvvəl bir maşını 30-40 manata olan qum indi 300 manata Elxan Süleymanova məxsus kariyerdə satılır. Ətraf rayon sakinləri məcbur olub Elxan Süleymanova məxsus kariyerdən qum-çınqıl alırlar.
Sual olunur ki, Göyçay çayında fəaliyyət göstərən 10 qul-çınqıl kariyerinin fəaliyyəti qanunsuzdusa bəs Elxan Süleymanova məxsus Qəbələ rayonundakı kariyer necə qanunu fəaliyyət göstərə bilər ?
İnanırıq ki, bu faktlar araşdırılacaq Göyçay çayının mühafizə zolağında qanunsuz 6 villa inşa etdirmiş, özünə məxsus Qəbələ rayonunda yerləşən kariyeri işlətmək məqsədi ilə 500 ailənin iş -çörək yeri olan Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdıran Elxan Süleymanovun barəsində ciddi tədbirlər görüləcək və onun çirkin niyyətinə çatmasının qarşısını alınacaq.
Şərhlər