Şirkət rəhbəri axtarışa verildi

08.08.2015 14:01     Sosreaksiya     1979

Azərbaycan vergidən yayınan daha bir iş adamını beynəlxalq axtarışa verib.

"Reaksiya.az" xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 52 yaşlı Azər Rəhimov Azərbaycan Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə ittiham olunur. A. Rəhimov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

 A. Rəhimov “Energo Kompleks” MMC-nin rəhbəri olub. O, külli miqdarda vergidən yayındığı üçün Azərbaycandan qaçıb.

 

Şərhlər

Çox oxunanlar