Qarabağda beş erməni əsgər xidmət yerindən qaçıb

07.06.2018 11:48     Sosreaksiya     770

Son bir həftə ərzində Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə yerləşdirilən bölmələrindən 5 hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib. 

Erməni KİV-lərinə yaydığı məlumata görə bu cür halların kütləvi olmasına səbəb, hərbi hissələrdəki dözülməz şərait, komandirlər tərəfindən sistematik incidilmə və Ermənistanlı çağırışçılarla Qarabağ erməniləri arasında tez-tez baş verən münaqişələrdir.


Məlumatda bildirilir ki, Henrik Haloyan adlı hərbçi xidmət yerini özbaşına tərk etməsinə baxmayaraq, onun yaxın qohumu olan Kolya adlı şəxsin vasitəçiliyi ilə hərbi polisin müstəntiqi cəzanı yüngülləşdirmək məqsədilə rüşvət alaraq cinayət işinin maddəsini dəyişib. 

Digər bir hadisə 5-ci atıcı alayda baş verib. Qriqoryan familiyalı əsgər xidmətdən yayınmaq məqsədilə hərbi hissədən qaçıb. Bir gün sonra yaxalanan hərbçi hərbi polis tərəfindən inzibati qaydada 10 sutka həbs edilərək haupvaxta göndərilib.

Hərbi qulluqçu Vahram Tatevosyan isə postu ataraq döyüş mövqeyindən qaçdığına görə təhqiqatçı R.Ayvazyanın hazırladığı sənədlər əsasında hərbi polis tərəfindən həbs olunub. Məsələnin araşdırılması məqsədilə sənədləri hərbi prokurorluğa göndərilib.

Daha bir əsgər, Taron Vartanyan isə xidmət yerini tərk edərək öz evlərinə Ermənistanın Armavir şəhərinə gəlib. Lakin qısa müddətdən sonra yaxalanan əsgər zabit Xaçatryanın göstərişinə əsasən geri qaytarılaraq hərbi polisə təhvil verilib. Xidməti araşdırma aparan V. İsgəndəryan adlı zabitin hazırladığı təhqiqat sənədləri əsasında T.Vartanyan barədə cinayət işi açılıb.

Ermənistanın Şirak vilayətinin Samaxar kəndindən xidmətə çağırılaraq minaatan batareyasında xidmət edən Vağinar Tadevosyan adlı hərbi qulluqçu da xidmət yerini özbaşına tərk etdiyinə görə məsuliyyətə cəlb olunub. 

İctimaiyyətdən gizlədilməsinə baxmayaraq hər 5 hadisə ilə bağlı araşdırma aparılır.(ordu)
 

Şərhlər

Çox oxunanlar