“Xətai” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandı
07.06.2018 13:08 Sosreaksiya 744
Hazırda “Bakmil” stansiyasında yenidənqurma işləri aparılır.
Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq, “Bakı Metropoliteni” stansiyalarının yenidən qurulması işləri aparılır. Hazırda “Bakmil” stansiyasının yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir.
Hidayət Məmmədov qeyd edib ki, yaxın gələcəkdə “Xətai” stansiyası təmirə bağlanacaq:
“Stansiya payız aylarında təmirə bağlanacaq. İstismar müddətini başa vuracaq eskalatorların dəyişdirilməsi, həmçinin stansiya və stansiya yollarının yenidənqurma işlərinin davam etdirilməsi də nəzərdə tutulub”.
Şərhlər