Təhsil Nazirliyi:- Müəllimlərin əsaslı şəkildə ixtisas artırmasına ehtiyac var

07.06.2018 14:00     Sosreaksiya     844

“Müəllimlərin sertifikasiyadan keçirilməsi məsələsi qanunvericiliyə daxil edilsə də, prosesin hansı formada keçirilməsi və təşkili qaydaları ilə bağlı müzakirələr hələ başlamayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O bildirib ki, normal halda müəllim 3-5 ildən bir özünü diaqnostik qiymərləndirmədən keçirməli və nələri bacardığını müəyyən etməlidir: “Bizim baxışımız odur ki, diaqnostik qiymərləndirmə böyük ehtimalla müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq. Hazırda müəllimlər 5 ildən bir bu təlimlərdən keçir. Bu təlimlərə cəlb olunan müəllim diaqnostikadan keçiriləcək ki, ona hansı sahə üzrə kömək lazım olduğu müəyyən edilsin”.

“Lakin bu gün diaqnostik qiymərləndirmə onu göstərir ki, bizim müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var. İxtisasartırma təlimlərinin sonunda müəllimlərin hansı bacarıqlara yiyələndiyi yoxlanılır. Artıq 3 ildir ki, bununla bağlı pərakəndəlik aradan qaldırılıb. Bu müddətdə də müəllimlərə vahid sertifikatlar təqdim olunub”-deyə, o əlavə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar