Təhsil naziri: "Müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq"

11.06.2018 12:27     Sosreaksiya     774

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyinə həsr edilmiş Sabah İncəsənət Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, rektorlar iştirak ediblər.

 

Təhsil naziri C. Bayramov bildirib ki, festival dünən İçərişəhər Qoşa qala meydanında başlayıb. Festival çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası (BMA) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri pantomima, keramika sənəti, xalçaçılıq, rəssamlıq sahələri üzrə ustad dərsləri veriblər. 

Nazir "Təhsil haqqında" qanuna əlavə və dəyişikliklərin ediləcəyini xatırladıb. O deyib ki, Təhsil Nazirliyi tərəfindən qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər paketi hazırlanıb və Milli Məclisə təqdim edilib.

C. Bayramov qeyd edib ki, qanunvericiliyə dəyişiklik edildikdən sonra müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq.

Tədbirdə ADMİU SABAH tələbələrinin ifasında AXC-nin 100 illik yubileyinə həsr olunmuş tamaşa və BMA SABAH tələbələrinin ifasında musiqi proqramı nümayiş olunub.

Tədbirin sonunda tələbələrə diplomlar təqdim edilib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar