3 ərazidə hərəkət məhdudlaşdırılır

11.06.2018 13:01     Sosreaksiya     1001

Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində hərəkət qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Reaksiya.az-a verilən məlumata görə, məhdudiyyət üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədardır.

Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Reaksiya.az

Şərhlər