Azərbaycanda bayram namazının vaxtı açıqlandı

11.06.2018 15:03     Sosreaksiya     734

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

Reaksiya.az xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i saat 09.00-da ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazını saat 09:00-da “Təzə Pir” məscidində qılacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.

Reaksiya.az

Şərhlər