Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkim
12.06.2018 12:06 Sosreaksiya 842
Siyəzən Regional Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümmətov bildirib ki,doğuş zamanı vəfat edən Aytən Qasımovanın ölüm səbəbi kimi ilkin versiya dərmandan anafilaktik şok keçirməsi göstərilir. Ölümün dəqiq səbəbi Tibbi Ekspertiza və Patoloji Anatomiyanın nəticəsindən sonra bilinəcək:
“Hazırda prokurorluq işçiləri mərkəzdədir. Səhiyyə Nazirliyinin ana ölümlərini araşdıran komissiyası da məsələni araşdırır”.
Qeyd edək ki, Siyəzəndə Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, ana tam sağlam olub.
Şərhlər