Cərimələr artırılsın - Vitse-spikerdən VACİB TƏKLİF
12.06.2018 13:03 Sosreaksiya 755
“Ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılmalıdır. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirinə də müraciət etmişəm”.
Bu sözləri Milli Məclisdə çıxışı zamanı vitse-spiker Valeh Ələsgərov deyib.
O, bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə verilən cəzanın yetərli olmadığını diqqətə çatdırıb:
“Su anbarına tullantı axıdanlar 6550 manat məbləğində cərimə olundu. Milyonlar qazanan iki quruma görə bu cərimə nədir ki? Qanunu pozanlara görə verilən cəza yetərli olmayanda insanlar qanuna əməl etmək istəmir. Ona görə də cərimələr artırılmalıdır. Bu rəqəm az olduqca insanlara qanuna əməl etməkdə maraqlı olmayacaq”.(publika)
Şərhlər