Gürcüstana gedən sürücülərin nəzərinə

08.08.2015 17:39     Sosreaksiya     1146

Qonşu Gürcüstan Respublikasında avtomobillər icbari sığorta edilmir. 2014-cü ildə hökumət tərəfindən icbari sığortanın tətbiqi gündəmə gətirilsə də insanların maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar bu, müvəqqəti olaraq təxirə salınıb. Hazırlanmaqda olan qanun layihəsinin 2017-ci ildən qüvvəyə minəcəyi gözlənilir.

Hər il Azərbaycandan neçə min insan müxtəlif məqsədlə, xüsusilə də istirahət üçün Gürcüstana üz tutur. Təkcə, bu il ölkəmizdən 160 min insan Gürcüstana gedib. Nəzərə alsaq ki, ölkəmizdən Gürcüstana istirahətə üz tutanların əksəriyyəti şəxsi aftomobillərindən istifadə edir. Bu zaman avtomobillərin təhlükəsizliyinin qorunub qorunmayacağı sübhəli qalır.

Buna Gürcüstanın Sığorta Şirkətləri Assosiasiyasının sədri Devi Xeçinaşvili qonaqların nəqliyyat vasitələrininin qanun çərçivəsində qorunmadığını söyləyib. “ Gürcüstan yollarında 1 milyon gürcü maşını, bir neçə yüz min qonaq avtomobil hərəkət edir. Onların da böyük əksəriyyəti azərbaycanlılara aiddir. Təəssüf ki, hər dəfə müxtəlif hadisələr baş verir. Buna baxmayaraq belə hadisələri tənzimləyəcək bir sistem mövcud deyil”.

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov da məsələyə münasibət bildirib. “Gürcüstanda icbari sığortanın olmaması bu ölkəyə müvəqqəti səfər edən xarici avtomobillərin də taleyini sual altında qoyur. Hələlik Gürcüstanda bu sistem olmadığından avtomobil sahibləri sığorta şirkətlərinə müraciət edib, könüllü qaydada maşınlarını sığortalasalar doğru olar. Təəssüf ki, belə insanların sayı çox azdır. Könüllü sığorta sürücülərin Gürcüstan ərazisində məsuliyyətini sığortalayır”.
 

Şərhlər

Çox oxunanlar