Azərbaycan əhalisinin sayı açıqlanıb

14.06.2018 11:42     Sosreaksiya     761

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən Reaksiya.az-a verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25 018 nəfər artaraq, 2018-ci il may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb. 

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər olub. 

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 

Reaksiya.az

Şərhlər