"Avtoşlar"ın sayı azalıb - RƏSMİ AÇIQLAMA

08.08.2015 17:41     Sosreaksiya     2338

Xəbər verildiyi kimi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən “avtoşluq” edən 424 nəfər saxlanılıb. Belə halların qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Buna baxmayaraq, belə neqativ halların tam qarşısını almaq hələ də mümkün olmayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Reaksiya.az”a bununla bağlı açıqlama verib.

Vaqif Əsədov bu statistikada keçən il ilə müqayisədə azalma olduğunu qeyd edib:

“İlin əvvəlindən bugünə qədər 424 avtoxuliqan saxlanılıb və sənədləşdirilib. Bu avtoxuliqanlar 5 sutkadan 30 sutkaya qədər həbs cəzası alanlardır. Yaş həddi 22-31 arası olan gənclərdir ki, onlardan da 7-si təkrar avtoxuliqanlıq edib. Aralarında tələbələr də var ki, onlarında intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəsatət qaldırılıb”.

O, həmçinin bildirib ki, azalmasının əsas səbəbi sərtləşdirilmiş  qanunlarla əlaqədardır:

“Cəzanın sərtləşdirilməsi avtoxuliqanlıq etmək niyyətində olan gəncləri artıq bu yoldan  çəkinməyə məcbur edir. Indi həbs daha çoxdur, cərimə məbləği əvvəl 500 manat idi, indi 800 manata qədərdir. Cəzanın sərtləşdirilməsi və yol polisinin müntəzəm təxirəsalınmaz tədbirlərin keçirilməsi avtoxuliqanlıq niyyətində olan gəncləri yoldan çəkindirib”.

V. Əsədov avtoxuliqanlığla mübarizədə cəmiyyətin özünün maraqlı olmasını ən vacib amillərdən hesab etdiyini qeyd edib. 

Şərhlər

Çox oxunanlar