QAT Gürcüstandakı antiazərbaycan kampaniyasına sərt reaksiya verdi

14.06.2018 12:28     Sosreaksiya     806

Qarabağ Azadlıq Təşkilatı (QAT) qonşu Gürcüstanda müşahidə olunan antiazərbaycan kampaniyasını qınayaraq, burada erməni təxribatlarının yer aldığını qeyd edərək, bəyanat qəbul edib.

Bəyanatda göstərilir: “Gürcüstanda azərbaycanlı icra başçısı Temur Abazova, deputat Azər Süleymanova qarşı cinayət işinin qaldırılmasını, onların həbs olunmalarını qətiyyətlə pisləyirik. Biz Gürcüstanın daxili işinə qarışmaq istəmirik, lakin orada yaşayan soydaşlarımıza qarşı törədilən haqsızlıqlara da dözə bilmərik.

Müşahidələrimiz göstərir ki, hər iki azərbaycanlıya qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur, məqsəd isə azərbaycanlıları nüfuzdan salmaq, onları ölkənin ictimai-siyasi həyatından uzaqlaşdırmaqdan ibarətdir.

Burada aydın şəkildə erməni izi, erməni “xadimləri”nin məkrli niyyətləri görünür. Bu hadisələrin Azərbaycanın yeni təyin edilmiş Diaspor Komitəsinin sədrinin Gürcüstana səfəri zamanı baş verməsi də təsadüfi deyil.

Gürcüstan hökuməti bu hərəkətilə Azərbaycana münasibətdə nə dərəcədə səmimi olduğunu da sual altına qoyur.

Hesab edirik ki, Azərbaycan dövləti və cəmiyyəti bu məsələyə dərhal reaksiya verməli, antiazərbaycan kampaniyasının qarşısının alınması üçün təcili addımlar atmalıdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar