Azərbaycanda QƏRİBƏ OLAY: Çaydan 57 pasport tapıldı
14.06.2018 12:33 Sosreaksiya 821
İmişlidə çaydan çoxlu sayda ümumvətəndaşlıq pasportu tapılıb.
Reaksiya.az apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar. Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 57 ədəd ümumvətəndaş pasportları aşkar edilib.
Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər