Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs tutulub

14.06.2018 12:43     Sosreaksiya     854

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.

ŞPŞ-də araşdırma aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar