Ölkəyə saxta dərman gətirilməsinə qarşı tədbirlər - Yeni sistem yaradılır
14.06.2018 14:21 Sosreaksiya 774
“Elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın”.
Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib.
“Ciddi araşdırmalar aparılıb. Həmçinin işçi qrupu yaradılıb ki, ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün təkliflər versin. Bu, bütün dünyada problemdir, ancaq biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər”.
Şərhlər