“AST Telman”ın və qardaşının mühakiməsi - - iki qətl

20.06.2018 13:19     Sosreaksiya     884

“Mən həyatım boyu bircə dənə də olsun cinayət törətməmişəm” deyən Telman İsmayılov və daha bir qardaşı axtarışdadır

 

Moskva vilayət məhkəməsində Telman İsmayılovun qardaşı, sifarişli qətllərdə ittiham olunan biznesmen Rafiq İsmayılovun işi üzrə məhkəmə prosesi başlayıb.

Musavat.com-un Rusiya KIV-lərinə istinadən məlumatına görə, R.İsmayılov keçmiş ortağı Vladimir Savkinin və onun dostu, “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brilyovun qətlində ittiham olunur.

Rusiya İstintaq Komitəsi Azərbaycan əsili milyarder, AST Şirkətlər Qrupunun sahibi, hazırda Fransada gizlənən Telman İsmayılov barəsində istintaqı hələ fevral ayında yekunlaşdırmışdı. Məlumatda bildirilir ki, T.İsmayılov və qardaşı Rafiq İsmayılov 2016-cı ildə Moskva vilayətində iki nəfərin ölümündə günahkar bilinirlər. Qətllərdən biri 2016-cı ilin mayında baş verib. Məlumdur ki, “AST Telman”ın hazırda həbsdə olan qardaşı Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanır. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaq bu qənaətə gəlib ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

Telman İsmayılov və qardaşı ile ilgili görsel sonucu

Qətldən az sonra R.İsmayılov saxlanılsa da, qardaşı Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. Bu qətllə bağlı daha öncə “AST Telman”ın qardaşı Rafiq və killer Mehman Kərimov həbs ediliblər. T.İsmayılovun vəkili isə iddia edir ki, killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.

İsmayılov qardaşlarına  ikinci ittiham “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Qeyd edək ki, “AST Telman”ın daha bir qardaşı - Vaqif İsmayılov da 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır və o da axtarışdadır.

İsmayilov ötən ilin noyabrında videomüraciət yayaraq təslim olmayacağını, əksinə, ona qarşı olanları cəzalandırmaq üçün hərəkətə keçəcəyini demişdi.

Telman İsmayılov və qardaşı ile ilgili görsel sonucu

Səs yazısı olan müraciətdə T.İsmayılov bunları demişdi: “9 il davam edən informasiya terroru nəticəsində mənə qarşı bir çox ittihamlar irəli sürülüb. Bunların heç biri təsdiqini tapmayıb. İndi isə məni adam öldürməkdə ittiham edirlər. Mən həyatım boyu bircə dənə də olsun cinayət törətməmişəm. Mən israrla iddia edirəm ki, günahım yoxdur və bunu isbat edə bilərəm. İstintaq mənə qarşı irəli sürülən ittihamları məndən gizlətməsəydi, mən Moskvaya gələrdim və günahsız olmağım barədə sübutları təqdim edərdim. Buna görə istintaq gizli şəkildə aparılıb, həbs qərarı da o formada verilib. Lakin mən indi də günahsız olduğumu sübut etməyə hazıram”.

T.İsmayılov barəsində qiyabi həbs qərarını ötən ilin oktyabr ayının 30-da çıxarıb. Bundan sonra o, beynəlxalq axtarışa verilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar