Azərbaycanın 100 yaşlı Universiteti haqqında gecikmiş minnətdarlıq!

20.06.2018 14:42     Sosreaksiya     1014

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Bakı Dövlət Universitetinin və bu əzəmətli binanın tələbələri qəbul etməsinin 100 yaşı tamam olur.

Mənim ısə universitetdən məzun olmağımdan 50 il keçdi.

İçimdən gecikmiş olsa da həyatım boyu ümid yerim və məsləhət qapısı olan universitetə minnətdarlıq etmək gəidi.

Mənim Universitetim! Səninlə tanış oldum müqəddəs bildim. Həmişə özümü müqəddəs məkanda, ətrafımdakı insanları-xüsusən də müəllim-professorları müqəddəs hiss etdim. Mən onlardan özümə qarşı ilahi kitablarda rast gəldiyimiz müqəddəs sayılan münasibət gördüm 50 ildir bütün beynəixalq məclislərdə universitetimin bayrağı ilə təmsil olunuram . Universitetim’ sən mənim tərçümüyhalımın ŞAH SƏNƏDİSƏN, Hər yerdə adın və verdiyin diplom(Lenin təqaüdü və fərqlənmə diplomu) mənə fəxarət kürsüsü verib. Əvəz gözləmədən yaxşılıq edən ALLAHDIR, ANADIR , bir də mənim UNİVERSİTETiM-sənsən! Onlara -universitet müəllimlərinə çox baxa bilmirdim. Qorxurdum ki, sehrləri pozular. Hətta tələbələri də çox yüksək statusda görünürdü. Azərbaycanda bütün ali məktəblərin tələbələri fəxarətlə “mən universitet tələbəsiyəm” deyənin Bakı Dövlət Universitetinin tələbəsi olduğunu bilirdi Ən çətin vaxtda and yerim oldun ”universitet haqqı” Bu gün-50 il sonra SƏNİN100 yaşın olanda da mən səni müqəddəs hesab edir, rast gələndə salavat çevirirəm. Səndən aldığımız atəş bizi zirvələrə qaldırıb.Sən tam təmənnasız 11-illik məktəbi medalla bitirmiş kəndli gənci professor səviyyəsinə yüksəltdin. Minnətdarlığım sonsuzdur.

 

Professor Həsənbala Sadıqov

Reaksiya.az

Şərhlər

Çox oxunanlar