4 yaşlı uşağın ölümündə günahkar bilinən Laləyə ağır - Cəza

22.06.2018 12:13     Sosreaksiya     766

Qubada 4 yaşlı uşağın ölümündə təqsirli bilinən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Lalə İsrafilova son söz deyib.

O, günahsız olduğunu, cinayət törətmədiyini, bu məsələdə tam günahsızlığını sübut edəcəyini söyləyib.

Daha sonra müşavirə keçirən hakim heyəti hökm elan edib. Lalə İsrafilova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, o, məhkəmə iclas zalında həbs edilib.

Qeyd edək ki, prokuror Lalə İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, 2017-ci il mayın 9-da Quba rayonunun Bərqov kəndində 2013-cü il təvəllüdlü Fuad Mustafazadə ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü Lalə İsrafilovanın həyətinə icazəsiz daxil olub.

Azyaşlı həyətdəki gülləri yolub, Lalə İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Lalə İsrafilova onu qovub.

Fuad Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.(teleqraf)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar