Yaşıllığı məhv edənlərə qarşı cərimələrin artırılması təklif olunur
22.06.2018 12:43 Sosreaksiya 819
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllığı məhv edənlərə qarşı cərimələrin məbləğinin dəfələrlə artırılması ilə bağlı təkliflər hazırlayaraq hökumətə təqdim edib
Reaksiya.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bu gün keçirdikləri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müasir dövrdə qlobal iqlim dəyişməsi də isti günlərin sayını artırır:
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, insanların yaşıllığa münasibəti dəyişməlidir: "Təbliğat işləri kiçikdən başlamış böyüyə qədər hər kəs arasında aparılmalıdır. Buna qarşı birgə mübarizə aparılmalıdır. Bakıda daha çox yaşıllıqların məhv edilməsi hallarına rast gəlinir. Paytaxtda tikinti işləri aparılarkən ağaclar kəsilir".
Şərhlər