Moskva ətrafında hidroplan və helikopter toqquşub
09.08.2015 04:36 Sosreaksiya 1746

Moskva vilayətində İstrinski su anbarı üzərində hidroplan və helikopter toqquşub.
Reaksiya.az-n xarici mediaya istinadən verdiyi xəbərə görə, insident Bakı vaxtı ilə 22.06-da baş verib. Məlumata görə, hidroplan və “Robinson” tipli helikopter toqquşduqdan sonra suya düşüb.
Qurbanların sayı barədə dəqiq məlumat verilmir. Bəzi məlumatlara görə, insident nəticəsində 10 yaşlı qız daxil olmaqla 8 və ya 9 nəfər ölüb.
“Gazeta.ru”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 6-ya çatıb, onlardan 4-ü helikopterdə, ikisi isə hidroplanda olub.
Məlumata görə, 3 nəfər itkin düşüb, onlar barədə heç bir məlumat yoxdur.
Hər iki nəqliyyat vasitəsində 9 nəfərədək şəxsin olduğu ehtimal edilir.
Şərhlər