Rusiya hökuməti Xəzər dənizinin statusu haqqında Konvensiya layihəsini təsdiqləyib
22.06.2018 16:37 Sosreaksiya 766
Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq edib.
Bununla bağlı Rusiyanın baş naziri Dmitri Medvedev müvafiq sərəncam imzalayıb.
“Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən, icra hakimiyyətinin əlaqəli federal orqanları ilə razılaşdırılan və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfləri ilə ilkin olaraq işlənib hazırlanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi təsdiq edilsin. Rusiya prezidentinə bu Konvensiyanın imzalanması təklif edilsin”, – sərəncamda deyilir.
Xatırladaq ki, Xəzəryanı ölkələrin növbəti sammitinin ilin ikinci yarısında Qazaxıstanda keçiriləcəyi gözlənilir.
Şərhlər