Daşkəsəndə sel: Körpülər, evlər dağılıb, xəsarət alanlar var

25.06.2018 12:38     Sosreaksiya     956

Mayın 24-də Daşkəsənə yağan leysan yağış nəticəsində rayonun ərazisinə sel gəlib.

Sel yol, elektrik, qaz və rabitə xətlərinə, şəxsi təsərrüfatlara ziyan vurub.

Daşkəsən rayonun icra hakimiyyəti məlumat yayıb ki, kəndlərdə xəsarət alanlar var. Yaralılar xəstəxanalara aparılıblar.

Sel nəticəsində Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Təzəkənd kəndində su keçid körpüləri isə dağılıb, Xoşbulaq kəndində körpü ilə yanaşı çay kənarında yerləşən bir neçə fərdi yaşayış evləri də yararsız hala düşüb.

Qaraqullar kəndində sel suları avtomobil yolunun bir hissəsini sıradan çıxarıb və bir neçə avtomobili aparıb.

Bir neçə kəndin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib.

Rayonun icra başçısı Əhəd Abıyev sakinlərə dəymiş ziyanların qısa müddətdə aradan qaldırılacağına söz verib.

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılması işləri aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar