ABŞ-da 4 milyon federal işçinin məlumatları oğurlanıb

05.06.2015 10:16     Sosreaksiya     1437

ABŞ Xüsusi İdarə Ofisi (OPM), 4 milyon nəfərə yaxın keçmiş və mövcud federal işçinin məlumatlarının oğurlandığını açıqlayıb.

ABŞ-da federal təşkilatlarda işçilərin təhlükəsizlik araşdırmasını həyata keçirən və performans qiymətləndirmələrini mühafizə edən XİO – dan verilən açıqlamada, son dövrlərdə təşkilatın kiber təhlükəsizliyini artırmaq üçün əhəmiyyətli addımlar atıldığı ifadə edilib, atılan addımlar nəticəsində aprel ayında ofisin informasiya texnologiyaları sistem və yaddaşlarına kiber hücumla kənardan müdaxilələrin müəyyən edildiyi açıqlanıb.

Açıqlamada bu hadisənin internet təhlükəsizliyi ilə bağlı tədbirlərin artırılmasından daha əvvəl baş verdiyi bildirilib, eyni zamanda qeyd olunub ki, məsələ ilə bağlı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqat Bürosu (FBI) birgə araşdırılmalar aparılır.

Şərhlər

Çox oxunanlar