Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi
25.06.2018 14:39 Sosreaksiya 1108
İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində əslən azərbaycanlı Şamil Ayrım qalib gəlib. Şamil Ayrım XXI çağırış İstanbul millət vəkili olmuşdu.
Diasporla İş üzrə Dövlət Komitəsindən Moderator.az-a verilən məlumata görə, komitə sədri Fuad Muradov Şamil Ayrımla əlaqə saxlayıb, onu təbrik edib və əməkdaşlıq imkanları müzakirə olunub.
Türkiyəli millət vəkili bildirib: “Biz daim Türkiyəni və Azərbaycanı güclü görmək arzusundayıq. Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacağam. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacağam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu yöndə də əlimdən gələni etməyə hazıram”.
Şamil Ayrım millət vəkili kimi ölkəmizə ilk səfəri zamanı Fuad Muradovla görüşəcəyini də bildirib.
Şərhlər