Teleradio materialları hərbi senzuradan keçiriləcək - Sərəncam

27.06.2018 14:55     Sosreaksiya     679

Azərbaycanda hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə biləcək. 

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunda əksini tapıb.

“Televiziya və radio yayımı haqqında” qanunun 2.2-ci maddəsinə əsasən, indiyə qədər teleradio yayımı sahəsində senzura yolverilməz olub. Qanunun bu maddəsinə də müvafiq dəyişiklik edilib, istisna hallar qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar