Saxta diplomlu müəllimlər işdən çıxarılmayacaq
29.06.2018 12:46 Sosreaksiya 819
"Təhsil sənədi nümunəvi olmayan (saxta diplom - red), mövcud qaydaların tələblərinə uyğun olmayaraq işə qəbul edilmiş şəxslərin işdən çıxarılması məsələsi gündəmdə yoxdur"
Bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.
Murad Camalzadə onu da əlavə edib ki, həmin şəxslərin yerlərinin vakant çıxarılması məsələsi gözlənilmir.
“Onlar müəyyən həcmdə dərs yükü ilə təmin edilirlər və həmin şəxslər işlərini davam etdiriləcəklər”.
Mərkəzin müdiri bildirib ki, kişi müəllimlərin sayında artım olacaq.
“Lakin müəllimlərin işə qəbulunda gender məhdudiyyəti yoxdur. Son illər müəllim kişilərin sayında artım müşahidə edilir”
Şərhlər